image-defaultbackend

Stoltenberq:”NATO və Finlandiya heç vaxt Rusiya üçün təhlükə olmayıb”

image-reklam_sirab_01

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya lideri Vladimir Putinin Aİ-nin Rusiya ilə geosiyasi qarşıdurmaya başlaması ilə bağlı sözlərini şərh edərkən iddia edir ki, bu, nə Aİ, nə də NATO tərəfindən qarşıdurma deyil, alyans heç vaxt Rusiya üçün təhlükə olmayıb. Vətəninfo.az xəbər v erir ki,bu  barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin son zamanlar korlandığını, Avropanın Rusiya ilə qarşıdurma təşəbbüsü ilə çıxış etdiyini bildirib. “Bu, nə Aİ, nə də NATO tərəfindən qarşıdurma deyil. NATO müdafiə ittifaqıdır, NATO və Finlandiya heç vaxt Rusiya üçün təhlükə olmayıb”, – Stoltenberq CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, NATO-ya daxil olmaqla Finlandiya daha təhlükəsiz olacaq və NATO daha da güclənəcək. Stoltenberq bildirib ki, Rusiya alyansa kimin qoşulacağına qərar verməməlidir, bu, hər bir müstəqil ölkənin qərarıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki