image-defaultbackend

Stoltenberq oktyabrda NATO-nun baş katibi vəzifəsini tərk edəcək

image-reklam_sirab_01

NATO-nun baş katibi Yens Stoltenberq bu ilin oktyabrında vəzifəsini tərk etmək niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bunu onun mətbuat katibi Oana Lunqesku bildirib.

“O, mandatının daha da uzadılmasına cəhd etmək niyyətində deyil”, – Lungesku bazar günü gecə deyib.

Stoltenberqin mandatı artıq üç dəfə uzadılıb və o, doqquz ilə yaxındır ki, alyansa rəhbərlik edir.

Son zamanlar Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda bu il 63 yaşlı Stoltenberqin səlahiyyət müddətinin – 2024-cü ilin aprelinə qədər uzadıla biləcəyi ilə bağlı təkliflər var.

Norveç hökumətinin keçmiş rəhbəri ötən il vəzifəsini tərk edərək vətəninə qayıtmaq və mərkəzi bankın rəhbəri olmaq istəyirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki