image-stoltenberq-696x434backend

Stoltenberq qəti qərarını açıqladı: “Gedirəm”

image-reklam_sirab_01

NATO-nun fəaliyyətdə olan baş katibi Yens Stoltenberq daha bir müddətə vəzifəsində qalmaq niyyətində deyil.

O, müsahibəsində bu ilin payızında baş katib postindan getmək niyyətini təsdiqləyib.

“Mən bu payızda ayrılıram. Əminəm ki, alyans məni əvəz edəcək layiqli adam tapacaq”.

Stoltenberq alyans üzvlərinin xahişi ilə qalmağa razı olub-olmadığını soruşduqda, hələ baş verməmiş bir şey haqqında spekulyasiya etmək istəmədiyini bildirib:

“Mən bütün diqqətimi NATO-nun Ukraynaya yardımına yönəltmişəm”.

Qeyd edək ki, NATO-nun sözçüsü Oana Lungesku fevralın 12-də DPA-ya bildirib ki, Stoltenberq bu ilin sentyabrında başa çatacaq səlahiyyət müddətini uzatmaq niyyətində deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki