image-suleymanbackend

Süleyman Mikayılov 2-ci qrup əlilin 2000 AZN pulunu mənimsəyib- FUAD MURADOV İDDİA EDİR

image-reklam_sirab_01
“Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov  2-ci qrup əlilin 2000 azn pulunu mənimsəyib”.
Vətəninfo.az xəbər verir ki, belə bir açıqlamanı “Fədai” təşkilatının sədri Fuad Muradov facebook sosial şəbəkəsində yayımlayıb.
Fuad Muradov iddia edir ki, bunu o yox, Süleyman Mikayılovun  Nadir və Rasim adlı adamları belə deyib: “Çünki onlar bu işləri  başçının adı ilə ediblər. 44 günlük savaşda Lökbatana gələn şəhidlərin ehsanını vermək üçün, Lökbatanda yerləşən “Qardaşlar” şirniyyat evindən un məmulatları alsalar da pulu ödəməyiblər. Həmin məhsulları başçının adamları olan  Nadir və Rasim adlı şəxslər götürüblər. İcra hakimiyyətinin müavini Nadir müəllimlə əlaqə saxladım və bildirdim ki, 2-ci qrup əlilə və vətən müharibəsində orduya 20 min manatdan  çox yardım edən şəxsə qarşı belə bir hərəkət yol verilməzdi. Lakin o  bildirdi ki, 2 günə məsələ həllini tapacaq. Dediyi sözdən isə 1 ay keçdi. Ona görə də bu məsələni  ictimailəşdirmək məcburiyyətində qaldım.
İcra Başcısından xahiş edirik ki,tezliklə bu məsələni həll edilməsində vasitəçi olsun”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki