image-39691a5ded14c8759567c8b0f09326e4backend

Sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ açıqlaması: “Mayın sonunda…”

image-reklam_sirab_01

“Məncə, sülh sazişinin konseptual əsasları razılaşdırılıb. Mən bunu mətbuat məlumatlarına əsasən deyirəm”.

Bu fikirləri  açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq xatırladıb ki, Ermənistanın Rusiyaya tətbiq edilən sanksiyaları pozması – öz üzərindən Rusiyanın xarici sifarişlərinin bir çoxunu həyata keçirməsi, Rusiyanın xaricdəki pullarının Ermənistan bankları vasitəsilə o ölkəyə göndərilməsi üzə çıxıb:

“Ermənistan tərəfinin bir neçə stulda oturmağa cəhd etməsi bu ölkənin xarici siyasətinin prinsipsiz məqamlarına işıq salıb. Bununla yanaşı, Qərb artıq Rusiyanın bölgədəki pozucu, qarşıdurma yaradan hərəkətlərini də görür və hesab edir ki, nə qədər ki, Rusiya bu bölgədə var, nə qədər ki, Rusiyanın Ermənistan üzərindən təsirləri keçir, sülhyaratma prosesində hər an əngəllər yarana bilər və yaxud sülhyaratma prosesi ləngiyə bilər.

Məlumatlara əsasən, Ermənistana ciddi xəbərdarlıq edilib. Mayın sonuna qədər sülh müqaviləsinin imzalanması məsələsi gündəmdədir. Ən azından müqavilənin ilkin variantının razılaşdırılmasının mayın sonuna qədər başa çatdırılması qarşılarına bir tələb kimi qoyulub.

Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycana gəldi, Prezidentlə və XİN rəhbəri ilə görüşdü. Həm Prezident İlham Əliyev, həm də Ceyhun Bayramov bildirdi ki, biz sülh proseslərini sürətləndirmək fikrindəyik, onun bir çox məqamlarını razılaşdırmışıq, amma Ermənistanla üzbəüz görüşmək imkanlarımız olmadığına və Ermənistan bəzi görüşləri sabotaj etdiyinə görə sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilmirik. Vaşinqtonun da bununla bağlı məlumatları var idi. Məncə, Fransa xarici işlər naziri böyük ölçüdə deyilənlərin doğru olduğunu qəbul etdi. Rusiyanın iştirakı olmadan Qərbin və ABŞ-ın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasının sürətləndirilməsi gündəmdədir. Bu məqsədlə də Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda görüşəcək”.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki