image-reklam-veteninfo
image-1backend

“Sülh planını Trampla müzakirə etməyə hazırıq” -Zelenski

image-reklam-veteninfo

Ukrayna Krımı və Donbası Rusiyaya verməyə razı olmayacaq.
Vətəninfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib.

Ukrayna lideri etiraf edib ki, “Kiyev Donbas və Krımı Rusiyaya verərsə” döyüşləri dayandırmaq olar, lakin Ukrayna bununla razılaşmayacaq.

“Bu, sülh planı deyil”, – Zelenski deyib.
Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşməyə və onun sülh planını müzakirə etməyə hazır olduğunu bildirib.

“Gəlin Trampla danışaq və ona sülh qərarında hansı addımların olduğunu göstərmək imkanı verək.

Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər. Mən onunla görüşməyə hazıram”, – deyə Ukrayna prezidenti bildirib.

Zelenski noyabrı Vaşinqtondan dəstək baxımından ən çətin ay adlandırıb. O, ABŞ-ın Ukraynaya davamlı dəstəyinin vacibliyini vurğulayıb və bu yardımın ABŞ-ın maraqlarına da xidmət etdiyini qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki