image-sulhmeramli-1backend

Sülhməramlılar Qarabağdan nə zaman çıxır? -Detallar

image-reklam_sirab_01

Rusiya  sülhməramlıları Qarabağdan nə zaman çıxır? Bu nüans indi həm Rusiya, həm də Azərbaycan mətbuatını düşündürür.

“Oktyabrın 12-də Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında mətbuatın açıq hissəsində keçirilən görüşündə maraqlı detal diqqətimi cəlb edib. “- bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, Vladimir Putin çıxışına Qarabağ mövzusuyla başlayıb: “Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir”. deməsi Rusiyanın öz qoşunlarını hələdə Qarabağda saxlamaq üçün çabaladığını nümayiş etdirir.

“Qarabağ ətrafındakı vəziyyət niyə bir nömrəli məsələ olmalıdır? Məsələ bitib. Buna görə də İlham Əliyev çıxışında Qarabağ mövzusuna toxunmayıb. Azərbaycan dövlət başçısı rusiyalı həmkarına “bizim danışmağa mövzularımız çoxdur” deyərkən, bu sırada əmtəə dövriyyəsini, sənaye kooperasiyasını, nəqliyyat sahəsində əməkdaşlıq mövzularını misal çəkib. Qarabağla bağlı Rusiya ilə müzakirə ediləcək tək mövzu qalıb: Rusiya hərbi kontingentinin Qarabağdan çıxma tarixinin müəyyənləşdirilməsi.”-deyə Elxan Şahinoğlu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image