image-1667886510_0001backend

“Sülhməramlıları Qarabağdan çıxartmalıyıq” -Hərbi ekspert

image-reklam_sirab_01

“Rusiya sülhməramlıları tezliklə Qarabağdan çıxarılmalıdır” – Vətəninfo.az-a açıqlamasında bunu hərbi ekspert Ədalət Verdiyev bildirib.

Hərbi ekspert hesab edir ki, Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirə bilmir.

“Əgər Qarabağda erməni silahlısınin yaralanması barədə məlumatı Rusiya Federasiyasının qanmaz mudafiə nazirliyi paylaşirsa, deməli rus pisməramlıları həm vəzifəsini birgə Bəyanatın şərtlərinə uyğun olaraq yerinə yetirmir, həm də ərazidən silahlılarn çıxarılmadığını həyasizcasına etiraf edir. Tərəflərdən ikisi üzərinə düşən öhdəlikləri yerinə yetirmirsə, o zaman Azərbaycan da imzasını birgə Bəyanatdan geri çəkməlidir. Odur ki, rusları Qarabağdan mümkün ən qısa zamanda çıxarılması üçün aktiv fəaliyyətə başlamalıyıq. Bizim erməniməramli rus əsgərinə ehtiyacimız qalmadı.”- deyə ekspert bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki