image-rus-sulhmeramli-yenibackend

Sulhməramlıların iyrənc əməli: Ermənilər onları necə ələ alır?

image-reklam_sirab_01

Moskva Xocalı soyqırımından sonra bölgədə müharibənin genişlənəcəyi təhlükəsinə görə Qarabağdakı mənfur 366 hərbi briqadanı bölgədən çıxarmağa qərar verdi. O zaman hadisəni yerindəcə izləyən rusiyalı jurnalistlərdən biri hərbi briqadaya komandanlıq edənlərin və onların xanımlarının maşınlarında pul və zinnət aşyaları daşımalarının şahidi olmuş və bunu qələmə almışdı. Qarabağdakı rusiyalı hərbçilər iki yolla varlanırdılar. Birincisi, rusiyalı hərbçilər erməni separatçılarla birgə işğal etdikləri ərazilərdə azərbaycanlıların evlərini yağmalayırdılar, ikincisi separatçılar onlara verilən dəstəyə görə rusiyalı zabitlərə dünyadakı erməni lobbisindən aldıqları pullarla bölüşürdülər.

Kim zəmanət verə bilər ki, erməni separatçıları yenə eyni taktikadan istifadə etmirlər? Separatçılar erməni lobbisindən aldılqarı puldan rusiyalı hərbi kontingentin rəhbərliyi və zabitləri ilə bölüşür, Azərbaycana aid yataqların qanunsuz istismarından əldə edilən gəlirdən onlara pay verirlər. Azərbaycanlı məmurların yataqlarda monitorinq aparmasına yaradılan əngəlin səbəblərindən biri də budur. Rusiya Ukrayada işğal etdikləri ərazilərdə taxılı yağmaladığı kimi, hərbçiləri də Azərbaycan ərazisində yataqlarımızın qanunsuz istismarından qazanır.

Elxan Şahinoglu

Politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki