image-downloadbackend

“Sülməramlılar Qarabağdan çıxarıla bilər” -Hərbi ekspert

image-reklam_sirab_01

Son günlər sülhməramlıların fəaliyyətində ciddi nöqsanlar biri- birini əvəz edir. Sülhməramlılar öz missiyalarını yerinə yetirməkdən başqa bütün işlərlə məşğul olurlar. Ölkə başçısı İlham Əliyev də dünənki çıxışında sülhməramlıların fəaliyyətindən öz narazılığını dilə gətirdi. Vətəninfo.az hərbi ekspert Ədalət Verdiyevin fikirlərini diqqətinizə çatdırır.

“Azərbaycan tərəfinə Rusiya Müdafiə Nazirliyi bu ilin iyun ayına qədər erməni silahlılarının tamamilə çıxarılmasına dair, söz versələr də bu proses hələ də başa çatmayıb.  Sözsüz bu problem  bizi   narahat edir. Digər tərəfdən isə, həm delmitasiya olunmamış şərti Azərbaycan-Ermənistan sərhəddində,həm də Qarabağın sərhədləri boyunca müxtəlif istiqamətlərdə, Azərbaycan ordusunun şəxsi heyətinə qarşı atəşin açılması,Rusiya sülhməramlılarının fəaliyyətlərində çox ciddi boşluqların olduğunu nümayiş etdirir. Belə olan halda ortaya sual çıxa bilər  ki, əgər erməni silahlıları ərazilərdən çıxarılmayacaqsa, erməni silahlıları Azərbaycana qarşı atəş açacaqlarsa, Azərbaycanlı əhali öz doğma yaşadığı Ağdərəyə, Xocalıya, Xankəndinə qayıda bilməyəcəksə, o zaman sülhməramlıların burdakı fəaliyyəti Azərbaycana lazımdırmı? Məntiqi olaraq düşünsək ictimaiyyəti də bu suallar çox dərindən narahat edir. Prezident İlham Əliyev  son çıxışında buna xüsusilə toxundu. Sülhməramlıların fəaliyyət müddəti 2025-ci ilin sonuna qədərdir,əgər proseslərdə çox ciddi dönüş olmazsa, Azərbaycan tərəfi ilk növbədə,Laçın dəhlizinin tamamilə nəzarətə götürülməsini həyata keçirəcək.” -deyə ekspert vurğulayıb.

Ekspert hesab edir ki,Azərbaycan tərəfi  bundan sonra  silahlıların və texnikanın Qarabağdan qısa müddətdə çıxarılması üçün əməliyyatlara başlaya bilər.

“Bundan başqa sülhməramlılar bu proseslərdə öz üzərinə düşən funksiyaları yerinə yetirməzlərsə, onda onların da Azərbaycan ərazilərindən çıxarılması vacibdir.  Digər tərəfdən  2025-ci ilin sonundan da daha erkən müddətdə sülhməramlıların missiyası başa çata bilər”. -deyə Ədalət Verdiyev qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki