image-6214912bbb02e6214912bbb02f1645515051affdd77ef80ad2b61648703e0c3005e7-1backend

Summativ qiymətləndirmə zamanı müəyyən güzəştlər edilə bilər

image-reklam_sirab_01

Şagirdlərin summativ qiymətləndirməsi zamanı müəyyən güzəştlərin tətbiq olunub-olunmayacağına aydınlıq gətirilib.

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev açıqlamasında bildirib ki, pandemiyanın təsiri danılmazdır:

“Buna görə də, ola bilsin qiymətləndirmə zamanı sualların səviyyəsi və sayında müəyyən güzəştlər edilsin. Məktəblərdə əyani tədris bərpa olunandan bu yana dərslər fasiləsiz keçirilir. Əmin ola bilərsiniz ki, məktəblər koronavirusa görə, distant təhsilə keçsə belə şagirdlər dərsləri onlayn qaydada keçiblər. Belə olanda müəllimlərə imkan yaranır ki, şagirdlər dərsə geri qayıtdıqda əlavə dərslər keçsinlər və əskik olan mövzuları tamamlasınlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki