Sumqayıt ərazisində dəmir yolu xəttində yol-nəqliyyat hadisəsi baş verib.
Vətəninfo.az xəbər verir ki, hadisə Bakı-Quba magistralının şəhərdən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan qatar dəmir yolu keçidindən keçmək istəyən “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşaraq yol kənarına düşüb.
Nəticədə avtomobilə ciddi maddi ziyan dəyib. Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Hadisənin başvermə şəraiti və səbəbləri ilə bağlı araşdırma aparılır.


























