Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün təcili olaraq Moskvaya gedib.
Vətəninfo.az xəbər verir ki, erməni nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına təcili səfərə getməsinin səbəbi məlum deyil. Erməni mətbuatına açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan səfərin məqsədi barədə məlumat verməyib.