image-surenbackend

Suren Sarkisyan: Büdcə dəyişikliyi Zəngəzur dəhlizi ilə bağlıdır.

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ermənistan hökuməti bu gün baş nazir Nikol paşinyanın iştirakı ilə keçirilən iclasında,dövlət büdcəsi zərfində müəyyən dəyişikliklər etməsi,eyni zamanda ölkənin Milli Təhlükəsizlik nazirliyinin vəsaitlərinin artırlıması istiqamətində büdcə zərfində dəyişikliklər etmələri,iqtisadi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda ABŞ-da yaşayan erməni əsilli iqtisatmı ekspert  Suren Sarkisyan bildirib ki, Ermənistanın dövlət büdcəsi zərfində dəyişikliklər etməsi  və artırlmalar  qarşıdakı demarkasiya, delimitasiya ilə və  reallaşması artıq mümükün görünən Zəngəzur dəhlizi ilə bağlıdır.

“Təbii ki, bizim yeni sərhədimiz, yeni sərhədçilərimiz, dövlət sərhədinin daha uzun müddət saxlanılması zərurəti, yeni strukturlar və texnikamız olacaq”-deyən iqtisadi ekspert əlavə edib ki,bütün bunlar MTN-nin balansında yaradılacaq sərhəd qoşunlarının ehtiyacları üçün təmin ediləcək əlavə maliyyə tələb edir: “İstisna etmirəm ki, Rusiya sərhədçiləri yaradılacaq yolun/dəhlizin saxlanması halında onlara müəyyən maliyyə vəsaiti ayrılacaq.Bu məğlubiyyətə görə ödədiyimiz növbəti qiymətdir…”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki