image-turkmen-qadinbackend

Sürətlə Əfqanıstana çevrilən ölkə: Türkmənistanda avtomobil sürmək istəyən qadınlar üçün yeni qaydalar

image-reklam_sirab_01

Türkmənistanda sürücülük vəsiqəsi əldə etmək istəyən qadınlar üçün yeni qaydaların müəyyən edildiyi bildirilir.

Bu barədə “Türkmen.news”a istinadla Azadlıq Radiosunun türkmən xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yeni qaydalara görə, avtomobil sürmək istəyən qadınlardan nikah haqqında şəhadətnamə və iş yerindən arayış tələb olunur.

Bundan başqa qeyri-rəsmi olaraq bu məsələdə qadınlara yaş həddinin tətbiq olunduğu da bildirilir və qeyd olunur ki, Türkmənistanda avtomobil sürmək istəyən qadının yaşı 40-dan aşağı olmalıdır.

Yaş həddi məhdudiyyətindən əlavə qadınlar etibarnamə ilə də avtomobil sürə bilməzlər. Belə ki, qadının idarə etdiyi avtomobil onun öz adına rəsmiləşdirilməlidir.

Türkmənistanda sürücülük vəsiqəsi əldə etmək arzusunda olanlardan ümumilikdə 13 sənədin tələb olunduğu bildirilir.

Yazıda qeyd olunur ki, Türkmənistan hökuməti ölkədə qadın-kişi bərabərliyinin təmin edilməsi üçün real səylər göstərdiyini bəyan etsə də faktiki bir-neçə ildir türkmən qadınlarının hüquqları ciddi şəkildə məhdudlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki