Suriyanın Suveyda əyalətində yaşayış bahalığına, korrupsiyaya, pis yaşayış və təhlükəsizlik şəraitinə etiraz edən minlərlə insan küçələrə axışıb. Vətəninfo.az xəbər verir ki, etirazçılar əyalət rəhbərinin obinasına daxil olaraq Suriya lideri Bəşər Əsədin plakatını götürüb yandırıblar. Aksiyaçılara qarşı odlu silahdan atəş açan təhlükəsizlik qüvvələri 1 mülki şəxsi öldürüb, 4 nəfəri isə yaralayıblar.
“İstefa ““Əsəd rejimi devirsin” şüarları səsləndirərək əyalət rəhbərinin ofisini dağıdan aksiyaçılar mərkəzi meydana toplaşıblar. Şəhərə çoxsaylı polis və təhlükəsizlik qüvvələri yeridilib.