image-63e34be17a04dbackend

Suriyada zəlzələdən ölənlərin sayı 3 minə yaxınlaşdı

image-reklam_sirab_01

Episentri Türkiyədə Kahramanmaraşda olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə Suriyanın müxtəlif bölgələrində ölənlərin sayı 2530, yaralananların sayı isə 4645-ə yüksəlib.

Vətəninfo.az xəbər verir ki, Suriyada zəlzələdən zərər çəkən İdlib, Hələb, Həma, Latakiya və Tartus rayonlarında axtarış-xilasetmə işləri fevralın 6-dan davam edir.

Hələb, Latakiya, Hama və Tartus rayonlarında hökumətin nəzarətində olan bölgələrdə 1250 nəfər həyatını itirib, 2045 nəfər yaralanıb.

Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə də çoxlu binalar dağılıb və ya zədələnib.

Suriya İnsan Haqları Şəbəkəsi (SNHR), Mülki Müdafiə (Ağ Dəbilqəlilər), yerli hakimiyyət orqanları, səhiyyə təşkilatları və yerli mənbələrdən toplanan məlumata görə, Suriyanın İdlib, “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatı bölgələrində 2600-dən çox adam ölüb, 1280-dən çox insan yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki