image-4444backend

Suriyanın Hələb şəhərində bina çöküb, ölən və yaralananlar var

image-reklam_sirab_01

Suriyanın Hələb şəhərində 5 mərtəbəli binanın uçması nəticəsində biri uşaq olmaqla 16 nəfər həyatını itirib.

Vətəninfo.az xəbər verir ki, Suriyanın SANA agentliyinin xəbərinə görə, Hələbin mərkəzində Şeyx Maksud məhəlləsində 5 mərtəbəli bina çöküb.

Xilasedicilər dağıntılar altından 4-ü yaralı, 1-i uşaq olmaqla 16 nəfərin cəsədini çıxarıblar.

Səlahiyyətlilər 5 mərtəbəli binanın təməlinə su sızması səbəbindən çökdüyünü irəli sürüblər.

Bölgədə axtarış-xilasetmə işlərinini davam etdiyi bildirilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki