image-333backend

Taksimdəki partlayışa görə daha bir nəfər həbs edildi

image-reklam_sirab_01

Türkiyədə baş verən partlayışa görə daha bir nəfər həbs edilib. Vətəninfo.az xəbər verir ki, İstiqlal küçəsində 6 nəfərin həyatını itirdiyi terror aktından sonra Əskişəhərdə şəhərin xəritəsinə bomba işarəsi ilə geri sayım ifadəsi əlavə edən şəxs əməliyyat nəticəsində saxlanılıb.

Təqiblər nəticəsində qruplar şübhəli qadının Gökmeydan Məhəlləsi Burçin Sokakdakı bir evdə olduğunu müəyyən edilib. Bunun üzərinə Əskişəhər Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə (TEM), Kəşfiyyat, Kiber Cinayətlərlə Mübarizə və Xüsusi Əməliyyat Şöbəsi qruplarının təşkil etdiyi əməliyyatda şübhəli saxlanılıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki