Azərbaycan Mərkəzi Bankının 29 Aprel 2022-ci il tarixində bu il 3-cü dəfə faiz qərarı qəbul ediləcək.
Veteninfo.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının yeni İdarə Heyətinin sədri Taleh Kazımovun dövründə qəbul ediləcək ilk faiz qərarı olacaq.
Bundan əvvəl sürətlənən inflyasiyanı cilovlamaq üçün sabiq sədr Elman Rüstəmovun sədrliyilə keçirilən iclaslarda 2021-ci ilin ikinci yarısında 3 dəfə, 2022-ci ilin ötən dövründə də 2 dəfə faiz artırılıb.
Qeyd edək ki, 17 Sentyabr 2021-ci il tarixində AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.50%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.