“Taliban” hökumətinin qadınlara universitet təhsilini qadağan etməsindən sonra Əfqanıstanda özəl universitetlər kütləvi şəkildə bağlanır.
Vətəninfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Taliban”ın qərarından sonra ölkədə iqtisadi problemlər daha da pisləşib.
Məlumata görə, məktəb və kolleclərə qəbul qadağası müəssisələrdə təhsil haqlarının aşağı salınmasına səbəb olacaq. Bu səbəbdən 30-35-ə yaxın universitetin bağlanması gözlənilir.