image-63a2b40183a5dbackend

Talibandan ŞOK QƏRAR: Qızlar universitetdə təhsil ala bilməyəcək

image-reklam_sirab_01

Taliban Müvəqqəti Hökumətinin Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Ziya Haşimi tərəfindən verilən açıqlamaya görə, gənc qızların təhsili ilə bağlı təlimatlar ölkənin bütün dövlət və özəl universitetlərinə göndərilib.

Vətəninfo.az xəbər verir ki, təlimatda bildirilir ki, Nazirlər Şurasının qərarı ilə ali məktəblərdə tələbə qızların təhsili ikinci elana qədər dayandırılıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Talibanın tələbə qızların universitetlərdə təhsilini dayandırmasının qəbuledilməz olduğunu və ABŞ-ın buna sanksiyalarla cavab verəcəyini bildirib. Prays deyib: “Talibanın qərarı Əfqanıstan əhalisinin yarısının ali təhsildən məhrum edilməsi deməkdir. Əfqanıstan qadınları hər il iqtisadiyyata 1 milyard dollardan çox töhfə verir. Taliban bu töhfənin qarşısını almağa çalışır”.

Qeyd edək ki, 2022-ci il avqustun 15-də Taliban hərəkatı Əfqanıstan hakimiyyətinə gəldikdən sonra qızların orta məktəb və universitetlərdə təhsil almasına icazə vermiş, amma qız və oğlanların universitetlərdə mühazirə günlərini ayırmışdı.

Taliban rəsmiləri qız məktəblərinin “islami çərçivə”də yenidən təşkil ediləcəyini və açılacağını bildirsələr də, sözügedən məktəblər hələ açılmayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki