image-taliban-in-aldigi-karar-sonrasi-profesor_15527180_5834_z1backend

Talibanın qərarından sonra professor canlı efirdə diplomunu cırdı

image-reklam_sirab_01

Əfqanıstanda Taliban administrasiyası ötən həftələrdə qadınların universitetə ​​getməsinə qadağa qoyub. Hadisə ölkə daxilində böyük etirazlara səbəb olsa da, bir professorun hərəkəti gündəmə gəldi.Vətəninfo.az xəbər verir ki,  ölkədə qadınların təhsil almamasını tənqid edən professor canlı yayımda diplomunu cıraraq “Bu gündən mənə bu diplomlar lazım deyil, çünki bu ölkədə təhsilə yer yoxdur” deyib.

Taliban Müvəqqəti Hökumətinin Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Ziya Haşimi ölkənin bütün dövlət və özəl universitetlərinə gənc qızların təhsili ilə bağlı göstərişlər göndərib. Təlimatda bildirilirdi ki, Nazirlər Şurasının qərarı ilə ali məktəblərdə tələbə qızların təhsili ikinci elana qədər dayandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki