Tanınmış azərbaycanlı jurnalist Təbrizdə həbs edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Azərbaycanlı jurnalist “Şərq” qəzetinin müxbiri Nəstərən Fərxe dünən səhər saatlarında yaşadığı evdən aparılıb.
Onun kompyuteri və mobil telefonu da müsadirə edilib.
Xatırladaq ki, İranda ümumxalq qiyamı başlayandan bəri 40 jurnalist repressiv hökumət tərəfindən həbsə atılıb.