Tbilisi Şəhər Meriyasının yaxınlığında keçirilən etiraz aksiyası zamanı on nəfər həbs edilib.
Vətəninfo.az xəbər verir ki, Gürcüstanın “Rabitə Bürosu”nun məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, həbs olunan şəxslər ictimai yerdə təhqiramiz plakatlar asıb, ictimai qaydanı pozub və polis əməkdaşlarının qanuni əmrlərinə müqavimət göstəriblər.
Qanun pozucuları Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsi ilə həbs ediliblər.


























