TƏBİB-də aparılan kadr islahatları və struktur dəyişiklikləri fonunda diqqətçəkən maraqlı bir olay yaşanıb. Qurumun yeni rəhbəri Anar Bayramovun struktur daxilində başladığı yenilənmə dalğası və bütün baş həkimlərdən işdən azad olunmaları ilə bağlı ərizələrin tələb edilməsi birmənalı qarşılanmayıb.
Vətəninfo.az-ın məlumatlı mənbələrdən daxil olan məlumatda iddia edilir ki,bu tələbə tabe olmayan şəxslərdən biri Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin Azər oğlu İbrahimov olub.
Mənbələrin bildirdiyinə görə, Anar Bayramovun təzyiqlərinə baxmayaraq, Elçin İbrahimov ərizə yazmaqdan qəti şəkildə imtina edib. Baş həkim mövqeyini açıq şəkildə ortaya qoyaraq özünə tam güvəndiyini nümayiş etdirib.
İddialara görə, Elçin İbrahimov bildirib ki, rəhbərlik etdiyi xəstəxanada istənilən audit yoxlaması aparıla bilər. Lakin o ərizə yazmayacaq və gördüyü işin təmizliyinə əmindi.


























