image-222backend

Təbrizin imam-cüməsi: “Azərbaycan millətinin İran xalqının qəlbində yeri var”

image-reklam_sirab_01
 İran rəhbərinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Seyid Məhəmədəli Ali-Haşim “Azərbaycanın şərəfli millətinin İran xalqının və xüsusən də öz Azərbaycanımızın (Güney Azərbaycan) qəlbində yeri var” deyib: “Onları bir-birindən ayırmaq olmaz”.
Vətəninfo.az xəbər verir ki,əyalət mollası  bildirib: “Ümid edirik ki, ən qısa vaxtda bu iki müsəlman xalqı keçmişdəki kimi bir yerdə olacaq”.
O, dünən Təbrizdə cümə namazının dini və siyasi xütbələrində Azərbaycanı hədələyib: “Silahlı şəxsin Azərbaycanın Tehrandakı səfirliyinə hücumunda məqsədi bütün dəlil və sübutlara, o cümlədən hücum edənin etiraflarına görə şəxsi motiv olub. Lakin Azərbaycanın bəzi rəsmilərinin yanlış ifadələr, o cümlədən “terror aktı” termini işlətməsi və hadisənin planlaşdırılmış olduğunu bildirmələri yolverilməzdir”.
“İran iki ölkə arasında münasibətlərə əhəmiyyət verdiyinə görə hadisəyə ən yüksək səviyyədə reaksiya verib və öldürülən diplomatın hörmətlə yola salınması və səfirlik işçilərinə təsəlli vermək də daxil olmaqla heç bir addımı əsirgəməyib”,-deyə din xadimi əlavə edib.
Ali-Haşimin sözlərinə görə, təəssüf ki, Azərbaycan hökuməti silahlı hücum hadisəsinə tələsik reaksiya verdi, halbuki hadisə ilk növbədə araşdırılmalı idi. Amma bu ölkənin ali rəhbərliyi müəyyən mövqe bildirdi və hətta öz səfirliklərini bağladılar…”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki