image-5555backend

Təbrizli etirazçılardan daha biri rejim tərəfindən öldürüldü

image-reklam_sirab_01
Təxminən bir ay öncə Təbrizdə baş tutan etirazlarda həbs edilən üç uşaq atası Heydər Əzimi ETTELAAT Nazirliyinin müstəntiqləri tərəfindən işgəncələr altında öldürülüb.
Vətəninfo.az xəbər verir ki, yanvarın 2-də Əziminin cənazəsi ailəsinə təhvil verilib və təhlükəsizlik tədbirləri altında dəfn edilib.
Xəbər mənbələrinə görə, o, Təbrizdəki etirazların ilk günlərində təhlükəsizlik idarəsi tərəfindən saxlanılıb və ailəsi ilə qısa telefon danışığı zamanı etirazlarda öldürülən Bəsic qüvvələrinin üzvü Hüseyn Ocağinin qətlinə etiraf etmək üçün işgəncələrə məruz qaldığını bildirib.
Əziminin ailəsi habelə onun öldürülməsini ictimailəşdirməməsi və susması üçün Kəşfiyyat İdarəsi tərəfindən təhdid olunub.
Bəzi mənbələr onun öldürülməsini etirazları yatırmaq üçün hökumətin özünün qəsdən törətdiyini bildirir.
Rejimin Əziminin ailəsinə güclü basqıları üzündən onun üç mərasiminin keçirilməsinə belə icazə verilməyib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki