image-4534149a97fef484b01170bcdcaa0234backend

TƏCİLİ! ABŞ elan etdi, TARİX AÇIQLANDI – Hər an yeni müharibə başlaya bilər

image-reklam_sirab_01

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan Tayvan səbəbindən 2025-ci ildə Çinlə müharibəyə gedə biləcəklərini açıqlayıb.

Pentaqon tərəfindən də təsdiqlənən daxili yazışmalarda Çini çəkindirmək, lazım gələrsə, onu məğlub etmək üçün hava-desant qoşunlarının maksimum səviyyədə müharibəyə hazır olması tələb olunur.

“Ümid edirəm yanılıram. Ancaq instinktlərim mənə deyir ki, 2025-ci ildə döyüşəcəyik” – Minihan deyib.

63d5b5944e3fe107389dce7a.jpg (54 KB)

Gələn il Tayvanda prezident seçkilərinin keçiriləcəyinə və ABŞ-ın diqqətini 2024-cü il seçkilərinə yönəldəcəyinə işarə edən amerikalı general mühitin Çin lideri Si Cinpinə hərbi təcavüz üçün bəhanə yarada biləcəyini və iki ölkənin 2025-ci ildə qarşı-qarşıya gələ biləcəyini irəli sürüb.

Hava-desant qüvvələrinin komandanı Minihan da şəxsi heyətə çağırış edərək atış poliqonlarına getmələrini və başı hədəf almaq üçün hərbi təlimlər keçirmələrini istəyib.Musavat.com

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki