image-323342663_693456495665552_5725433184196423698_nbackend

TƏCİLİ: SEPAH generalı Azərbaycanı hədələdi

image-reklam_sirab_01
SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin öldürülməsinin üçüncü ildönümü münasibətilə yanvarın 3-də İranın Astara şəhərində keçirilən tədbirdə çıxış edən İslam İnqilabının Keşikçilər Korpusunun ikinci briqada generalı Əlirza Tənhayi Azərbaycana qarşı da təhdid dolu açıqlama verib.
Vətəninfo.az xəbər verir ki,  o, Azərbaycan rəsmilərinin bir sıra addımlarına və açıqlamalarına toxunaraq iddia edib: “Azərbaycan Ukrayna və Səddamın səhvlərini təkrarlamamalı və bilməlidir ki, İran İslam Respublikası regionun qüdrətli ölkəsi olaraq heç vaxt sərhədlərinin təhdid edilməsinə imkan verməyəcək”.
“İranda və onun periferik bölgələrində əmin-amanlığı pozmaq məqsədi daşıyan istənilən addıma İslam Respublikasının silahlı qüvvələri tərəfindən qətiyyətli cavab veriləcək”,-deyə general təhdid edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki