image-63e2307c94b4bbackend

Tedros Adhanom Ghebreyesus: ”Türkiyənin yanındayıq”

image-reklam_sirab_01

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiye səlahiyyətliləri ilə əməkdaşlıq edəcəklərini bildirib.
”Belə çətin gündə yanınızdayıq”,-deyə Tedros Adhanom Qebriyesus.
T.A.Qebreyesus Kahramanmaraşda baş verən zəlzələ ilə bağlı gördükləri işlər ilə əlaqədar idarə heyətinə məlumat verib.
ÜST-nin Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiye səlahiyyətliləri ilə əməkdaşlıq edəcəyini ifadə edən T.A.Qebreyesus deyib: ”Belə çətin gündə sizin yanızdayıq”.
Qebreyesus Türkiye və Suriyada zəlzələ nəticəsində həyatını itirənlərin sayının dörd mini, xəsarət alanların sayının isə 18 mini keçdiyini bildirib.
Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini deyən ÜST-nin rəhbəri davam edən zəlzələlərin və əlverişsiz hava şəraitinin bu əməliyyatların həyata keçirilməsini çətinləşdirdiyini bildirib.
T.A.Qebreyesus təşkilatın kommunikasiya şəbəkəsini və təcili tibbi yardım qruplarını səfərbər etdiklərini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki