image-332599989_533040165481816_3425051654604385971_nbackend

“Tehran-Bakı münasibətlərindəki soyuqluq Azərbaycanın öz ziyanınadır…”- İranlı diplomat Azərbaycanı hədələdi

image-reklam_sirab_01
“Hamshahri Online” nəşri yazır ki, İranın Azərbaycandakı keçmiş səfiri beynəlxalq ictimaiyyətin İlaham Əliyevin açıqlamalarını qəbul etmədiyini iddia edərək deyib: “Azərbaycan Prezidentinə tövsiyə edirik ki, aldığı yanlış məlumatlar əsasında açıqlamalar verməsin”.
Vətəninfo.az xəbər verir ki, Möhsün Pakayin Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş insidentdən sonra guya prezident İlham Əliyevin İrana qarşı iddialar səsləndirdiyini bildirib: “Görünən odur ki, Əliyev Azərbaycanda İrana qarşı çıxan bəzi ünsürlərin, eləcə də sionist rejim kimi xarici amillərin təsiri altındadır və bu məsələni iki ölkə münasibətlərində siyasi məsələ kimi saxlamağa çalışır”.
“Halbuki bütün sübutlar göstərir ki, İranın hakimiyyət orqanları tərəfindən də pislənilən bu addım yanlış hərəkət idi və heç bir terror və siyasi motivi yox idi. Hətta sionist rejimdən başqa Azərbaycanın ən yaxın müttəfiqləri belə bunun terror məsələsi olduğunu qeyd etmədilər”,-deyə o, bəsit və gülünc arqumentlərlə terror aktını şəxsi hadisə kimi cəmiyyətə sırımağa can atıb.
Sitat: “Biz bu hadisənin iki ölkə münasibətlərinə mənfi təsir göstərməsinə imkan verməməli, Əliyev İranla Azərbaycan münasibətlərində kor-koranə düyün yaratmağa çalışmamalıdır. Hesab edirəm ki, Tehranla Bakı arasında münasibətlərin soyuqluğu Azərbaycanın öz ziyanınadır”.
Onun sözlərinə görə, ən müdrik addım odur ki, Əliyev münasibətləri normallaşma istiqamətinə yönəltsin və günahkarın cəzalandırılması ilə bağlı məhkəmənin cavabını gözləsin.
İranlı diplomat habelə sərsəm fikirlər dilə gətirib: “Əliyevin açıqlamalarından tamamilə aydın görünür ki, o, qəzəblidir, qeyri-təbii vəziyyətdə mövqe sərgiləyir. Bu vəziyyətdə ən yaxşı mövqe təmkinli olmaq və eyni zamanda İran tərəfdən mövqe bəyan etməkdir. Biz Əliyevin getdiyi istiqamətdə hərəkət etməməliyik”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki