image-316117178_433565582315103_512515379336036325_nbackend

Tehran Belarusa hərbi dəstək verəcək? -İDDİA

image-reklam_sirab_01
İran prezidenti İbrahim Rəisi bu gün Tehrana səfər edən Belarusun baş naziri Roman Qlavçenko ilə görüşüb.
Vətəninfo.az xəbər verir ki, görüşdə Rəisi sanksiyaların “zərərsizləşdirilməsi” üçün sanksiyalara məruz qalan ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin önəmini vurğulayıb.
Tehran-Minsk əlaqələrinə də toxunan İran prezidenti deyib: “Bu gün İran və Belarus bir-biri ilə qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün müxtəlif və əhəmiyyətli imkanlara malikdir. İki ölkə başçılarının ikitərəfli münasibətlərinin səviyyəsini yaxşılaşdırmaq üçün ciddi iradəsi qarşılıqlı əlaqələrin genişləndirilməsi yolunda mümkün maneələri aradan qaldıra bilər”.
Ukrayna mətbuatı bu görüşlə bağlı sensasion iddia irəli sürüb. Ukrayna mediası iddia edir ki, Tehran Rusiyaya göndərdiyi silahları Minski vasitəsilə həyata keçirəcək.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki