image-620b68f681caa-780x470backend

Tehran buna dözmədi – Sərt reaksiya

image-reklam_sirab_01

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fransanın “Charlie Hebdo” yumor jurnalında İranın dini lideri Ayətullah Əli Xamneyinin karikaturaları ilə bağlı “Biz Fransanın sərhədlərini keçməsinə icazə verməyəcəyik” deyib.

Fransanın “Charlie Hebdo” satirik jurnalında İranın dini lideri Ayətullah Əli Xamneyinin yer aldığı karikatura İrandan sərt reaksiya alıb.

Xamneyinin qadınlar tərəfindən daşqalaq edildiyi karikaturalarla bağlı sosial media hesabından açıqlama verən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, deyib ki, Fransız jurnalının dini və siyasi xadim haqqında təhqiramiz karikaturalar dərc etməsi yolverilməzdir və bu çirkin hərəkət hörmətsizlikdir. Bu jurnal cavabsız qalmayacaq. Biz Fransa hökumətinin onun sərhədlərini keçməsinə icazə verməyəcəyik:

“Onlar mütləq yanlış yol seçdilər. Biz əvvəllər bu jurnalı sanksiyalar siyahısına daxil etmişdik”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Fransanın ifadə azadlığı altında müsəlman ölkələrinin müqəddəsliyini təhqir etməyə haqqı olmadığını deyib və bildirib:

“İran Fransa hökumətinin izahatını gözləyir və Fransanın bu nəşrini pisləməsini istəyir”.

Qeyd edək ki, “Charlie Hebdo” dekabrın 8- də “Hameneyi” mövzusunda Karikatura müsabiqəsi keçirdiyini elan edib və seçilmiş karikaturaları “Mollalar, gəldiyiniz yerə qayıdın” başlığı ilə xüsusi buraxılış kimi dərc edib.(publika)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki