image-806x378-son-dakika-israil-iranin-nukleer-programina-karsi-yeni-plan-1610637723817backend

Tehran rejiminin İsrail qorxusu

image-reklam_sirab_01

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı terroru durmadan məişət zəmininə çəkməyə çalışan iran-molla-erməni ittifaqı, rəsmi Bakının Beynəlxaql təşkilatlar qarşısında baş verən bu qanlı terror hadisəsini pisləmələrini istəməsi molla-fars-erməni ittifaqını ciddi narahat edib.

Vətəninfo.az xəbər verir ki, Tehran rejiminin informasiya orqanları Azərbaycanın beynəlxalq təşkilatlara bu müraciətindən ciddi narahat olduğunu açıq şəkildə biruzə verməkdədir.

Belə ki, rejimin informasiya dayaqlarından sayılan “tehrantimes.com” yaydığı xəbərdə iddia edir ki,  güya rəsmi Bakının belə bir addımlar atmasının arxasında İsrail dayanır.

Səfirliyimizə qarşı edilən bu xain terrorun qabaqcadan Tehranın müvafiq qurumları tərəfindən planlandığı sirr olmadığı kimi, rejim eyni zamanda Azərbaycana qarşı düşməncə davranışlarını bu terrorla bir daha təsqiləmiş oldu.

Bu baxımdan indi Tehran-molla rejiminin Azərbaycanın diplomatik müstəvidə çağırışlarına Təl-Əviv donu geyindirməsi, molla rejiminin hələ də baş verən terrorun arxasında olduğunu açıq şəkildə ortaya qoyur. Digər tərəfdən isə Bakı-Təl-Əviv yaxınlaşmasını özü üçün qorxulu hesab etdiyindən,Təl-Əvivdə Azərbaycan səfirliyinin açılması Tehranı bir qədər də hürkütmüş oldu.

Zərri
Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki