İran Avropa İttifaqı və Ukraynaya Rusiya ilə danışıqlarda vasitəçilik etməyi təklif edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra jurnalistlərə bildirib.
“Biz sülh, atəşkəsin yaradılması və müharibənin dayandırılması istiqamətində prezidentlər və xarici işlər nazirləri səviyyəsində səyləri davam etdirməyə hazırıq.
Ümid edirik ki, bu yolla da optimal nəticələr əldə edəcəyik”, – iranlı diplomat bildirib.