image-sepahbackend

Tehranda polis qüvvələrinin sayı artırılıb

image-reklam_sirab_01
İran hökuməti ölkədə baş verən 6 aylıq etiraz aksiyalarından sonra paytaxtda polis qüvvələrinin sayının artırılması ilə bağlı yeni proqram həyata keçirmək niyyətində olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İran Polis Qüvvələrinin xüsusi təyinatlı bölməsinin komandanı Həsən Kərəmi məlumat verib.
O, son etiraz nümayişlərinə toxunaraq, növbəti aksiyaların qarşısının vaxtında alınması məqsədi ilə Tehranın 400 nöqtəsini əhatə etmək üçün polisin sayının ikiqat artırılmasının vacibliyini bildirib.
Qeyd edək ki, İranda baş verən xalq etirazları zamanı 71-i uşaq olmaqla 500-dən çox vətəndaş öldürülüb, 18 mindən çox etirazçı həbs edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki