İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazına yaxınlaşacaq Avropa gəmiləri İran ordusunun qanuni hədəfi hesab olunacaq.
Vətəninfo.az xəbər verir ki, Qəribabadi qeyd edib ki, Hörmüz boğazı İranın milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib və ölkənin mühüm müdafiə potensialını təcəssüm etdirir. Onun sözlərinə görə, boğaz İranın müharibədə əldə etdiyi uğurun əsas amillərindən biridir və onunla bağlı qəbul edilən qərarlar ölkənin təhlükəsizliyinə uzunmüddətli təsir göstərəcək.
O əlavə edib: “Əgər Hörmüz boğazındakı vəziyyət əvvəlki halına qayıtsa, müharibədə əldə etdiyimiz uğur natamam olacaq”.


























