image-photo_190365backend

Tehrandan İsrailin hava limanını vurmasına REAKSİYA

image-reklam_sirab_01

Rəsmi Tehran İsrailin Suriyada Beynəlxalq Hava Limanına raket zərbələri endirməyinə münasibət bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Çafi Dəməşq Beynəlxalq Hava Limanına raket zərbələri endirdiyinə görə İsraili tənqid edib.

“İslam Respublikası yəhudi dövləti tərəfindən Suriyanın suverenliyinin davam edən pozulmasını ən kəskin şəkildə pisləyir və bu cinayətlərə son qoyulmasını tələb edir”, – diplomat bildirib.

Tehranda mətbuat konfransında çıxış edən Kənani Çafi beynəlxalq ictimaiyyəti “İsrailə Suriyaya qarşı təcavüzkar hərəkətlərini dayandırması və suverenliyinə hörmət etməsi üçün təzyiq göstərməyə” çağırıb.

Qeyd edək ki, İsrailin raket zərbəsi nəticəsində Suriya paytaxtının hava limanına maddi ziyan dəyib və işini müvəqqəti dayandırıb. Nəticədə iki suriyalı əsgər ölüb, daha ikisi yaralanıb.

Daha sonra Ərəb Respublikasının Nəqliyyat Nazirliyi məlumat verib ki, təmir briqadaları dəymiş ziyanı qismən aradan qaldıra biliblər ki, bu da uçuşların və sərnişinlərə xidmətin adi qaydada bərpasına imkan verəcək. Departamentdən bildirilib ki, bir sıra zədələnmiş ərazilərdə təmir işləri davam etdiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki