image-999backend

Terroçuların sığınacaqları ələ keçirildi

image-reklam_sirab_01

Türkiyə  Jandarma Komandanlığının Tuncelidə keçiritdiyi əməliyyatda PKK terroçularına məxsus sığınacaqlar aşkar edilib. Vətəninfo.az xəbər verir ki. sığınacaqlarda çoxsaylı silah – sursat aşkar edilib.

Qeyd edək ki, bir neçə gündür ki, Jandarma Komandanlığı  şəhər mərkəzinin çöl ərazilərində terror təşkilatlarına qarşı əməliyyat keçirir.

Ərazidə axtarış aparan təhlükəsizlik qüvvələri meşəlik ərazidə terrorçuların istifadə etdiyi sığınacaqlar aşkar ediblər.

Sığınacaqda aparılan axtarış zamanı 2 ədəd Kalaşnikov avtomatı və 115 ədəd patron, 3 ədəd tank əleyhinə reaktiv yaylım atəşi, 2 ədəd piyada əleyhinə reaktiv yaylım atəşi sursatı, 5 ədəd yanacaq patronu, durbin və külli miqdarda xilasedici material ələ keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki