image-teror-orgutu-elebasi-mazlum-kobani-den-abd-ve-15449315_6479_mbackend

Terror təşkilatının liderindən ABŞ və Rusiyaya çağırış: Türkiyəni dayandırın

image-reklam_sirab_01

PKK terror təşkilatının   lideri  “Mazlum Kobani” kod adlı Ferhat Abdi Şahin  ABŞ və Rusiyaya müraciət edib. Vətəninfo.az xəbər verir ki, terror təşkilatının lideri yalvarışla bildirib ki, Türkiyəni dayandırmasalar onlar bizi məhv edəcək.

“Siz Türkiyənin ən çox axtarılanlar siyahısındasınız. O hücumun hədəfi siz idiniz?” sualını cavablandıran Şahin, “Bunu dəqiq deyə bilmərəm. Amma Türkiyənin keçmişdə bir neçə dəfə məni öldürməyə cəhd etdiyi bir həqiqətdir və fəaliyyətimi burada həyata keçirdiyim məlumdur”- deyib.

Türkiyənin quru əməliyyatını ciddiyə aldıqlarını qeyd edən terrorçunun  “Al Monitor” müsahibəsində maraqlı məqamlar var. Terror lideri bildirib ki,  “Türkiyənin qarşısını almaq üçün ciddi cəhd olmasa, bizi tamamilə məhv edəcəklər. ABŞ və Rusiya bizə dəstək verməlidir” -deyə Ferhat Abdi Şahin bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki