image-64293e3136f0abackend

“Terrorçu haradadırsa, bizim hədəfimiz oradır”- Hulusi Akar

image-reklam_sirab_01

Türkiyənin milli müdafiə naziri Hulusi Akar son 3 ayda 340 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatayda terrorla mübarizə ilə bağlı açıqlama verən Hulusi Akar deyib: “Terrora qarşı mübarizə artan intensivliklə, templə, hücum ruhu və əzmlə davam edir. Biz 40 ildir ki, nəcib millətimizin başına gələn bu bəladan millətimizi xilas etməyə qadirik.

Mehmetçik son 3 ayda 340 terrorçunu zərərsizləşdirib. Terrorçuların arxasında kimlərin dayanmasından, silah, vertolyot, sursat və ya pul verməsindən asılı olmayaraq, onları zərərsizləşdirmək əzmindəyik. Terrorçu haradadırsa, bizim hədəfimiz oradır”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki