image-qirgizistan-pasportu-696x391backend

Tərsinə gedən proses! – Ruslar Qırğızıstana axın edərək vətəndaşlıq alırlar

image-reklam_sirab_01

Rusiyalıların ölkələrindən çıxmaq üçün Qırğızıstan pasportu almağa marağı artır. Moskva ötən ilin fevralında Ukraynaya səbəbsiz hərbi hücuma başlayandan təcrid vəziyyətinə düşüb.

Özəl Rusiya şirkətləri Qırğızıstan pasportunu Qərb ölkələrinə səyahət, təhsil almaq və yaşamağa qapı kimi reklam edirlər.

İşğal başlayandan yüzminlərlə rusiyalı ölkədən qaçıb. Buna həm müharibənin iqtisadi fəsadları, həm də sentyabrdan ölkədə elan olunan səfərbərlik səbəb olub.

İmkanlılar və orta sinif təmsilçiləri
İmkanı olanlar BƏƏ, Tailand, İsrail kimi ölkələrdə ev alıb, biznes qurublar. Beləliklə də, bu yerlərdə uzunmüddətli qalmağın yolunu açıblar.

Daha çox orta sinfə aid rusiyalılar isə Ermənistan, Gürcüstan. Özbəkistan, Qazaxıstan və Qırğızıstana üz tutublar.

Rusiyanın “Open The World” şirkəti rusiyalı müştərilərinə 18 ay ərzində Qırğızıstan vətəndaşlığının alınmasında xidmətini 1500 dollara təklif edir.

Belə özəl kanallarla Qırğızıstan pasportu üçün müraciət edən rusiyalıların sayı bəlli deyil.

Ancaq Bişkekin açıqladığı rəsmi rəqəmlərə görə, Qırğızıstan pasportu istəyən rusiyalıların sayı 2022-ci ilin fevralında münaqişə başlayandan dörd dəfə artıb.

400 faizdən çox artım
Ötən ilin yanvarından sentyabrın sonunadək Qırğızıstan pasportu üçün 1631 Rusiya vətəndaşı müraciət edib. Bu 2021-ci ilin oxşar dövrü ilə müqayisədə 400 faizdən çox artım deməkdir. O zaman 385 rusiyalı Qırğızıstan vətəndaşlığı üçün müraciət etmişdi.

2021 və 2022-ci illərdə müvafiq olaraq 226 və 603 rusiyalı Qırğızıstan vətəndaşlığı alıb.

Pasport alanların siyahısna etnik qırğızlar və ruslar var. Ötən il oktyabrın 26-da açıqlanmış siyahıda Moskva, Sankt-Peterburq, Çelyabinsk və digər şəhərlərdə doğulmuş, rus ad və soyadlı xeyli adamın adına rast gəlinir.

Onlardan bəzilərinin rusiyalı rəsmilər, sahibkarlar, yaxud onların ailə üzvlərinin olduğu müəyyənləşib. “The Moscow Times” çoxsaylı mənbələrə istinadla yeni pasport sahiblərinin şəxsi məlumatlarının bəzi rusiyalı məmur, biznesmen və onların qohumlarınınkı ilə üst-üstə düşdüyünü yazıb.

Bu sırada hüquqşünas, Rusiya hökumətinin aparıcı rəsmisi Mixail Barşçevskinin, Rusiyanın Tver vilayətinin keçmiş qubernatoru Dmitri Zeleninin, digərlərinin adları çəkilir.

İkili vətəndaşlıq paktı olmasa da…
Ötən il Qırğızıstana 30 minədək rusiyalı gedib. Moskvanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyinin üzvləri olan bu iki ölkənin sıx siyasi və iqtisadi əlaqələri var.

Rusiyada yüzminlərlə qırğızıstanlı miqrant işçi var. Onların göndərdiyi pul bu yoxsul Orta Asiya ölkəsində çox ailələrin dolanışıq mənbəyidir.

Qırğızıstan və Rusiyanın ikili vətəndaşlıq paktı yoxdur. Ancaq iki ölkənin qanunları vətəndaşlarına çoxsaylı vətəndaşlıq hüququ verir.

Qırğızıstanın qonşusu Tacikistan isə 1990-cı illərdə Rusiyayla ikili vətəndaşlıq razılaşması imzalayıb. Son illər minlərlə tacikistanlı Rusiya pasportu alıb. Moskva həmçinin ölkədə demoqrafik böhranı yoluna qoymaq üçün keçmiş sovet respublikalarından gələnlərin vətəndaşlıq almasını sadələşdirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki