image-teyyare-4-696x391backend

Təyyarələr də gəlir? – Makron “heç nə qadağan deyil”, Bayden isə “yox” deyib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron eskalasiyaya və Fransa Silahlı Qüvvələrinin zəifləməsinə gətirib çıxarmayacağı təqdirdə Ukraynaya qırıcı təyyarələrin veriləcəyini istisna etməyib.

Makronun fikrincə, prinsip etibarı ilə heç nə qadağan deyil və hər bir konkret halı nəzərdən keçirmək lazımdır.

ABŞ prezidenti Cozef Bayden isə jurnalistlərin suallarını cavablandırarkən ABŞ administrasiyasının Ukraynanı Amerikanın “F-16” qırıcıları ilə təmin etmək niyyətində olmadığını deyib.

Ona Vaşinqtonun Kiyevə “F-16”lar göndərməyi planlaşdırır sualı ünvanlanıb. Bayden isə cavabında “Xeyr”, – deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden yanvarın 25-də Vaşinqtonun Ukraynaya “31 M1 Abrams” tanklarının verilməsi barədə qərar qəbul edildiyini təsdiqləyib. Bundan əvvəl Almaniya Ukraynaya “Leopard-2” tankları verəcəyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki