image-tarm-1645612733backend

Tezliklə Azərbaycan ordusu antiterror əməliyyatına başlayacaq – Zurabyan

image-reklam_sirab_01
“Ermənistan siyasətində və gedişlərində mümkün dəyişikliyi etməlidir. Əks halda Azərbaycanın cavabı amansız olacaq” – Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan bildirib.
Zurabyan bildirib ki, yaxın zamanlarda Azərbaycan Ordusu Üçtərəfli bəyannamənin bütün bəndlərinin icrasını geniş bir hərbi əməliyyat nəticəsində həll edəcək.
“Bu əməliyyat qaçılmazdır. Çünki Azərbaycan 2 il ərzində rəsmi İrəvana bütün təkliflərini edib. Bizim siyasətçilər isə bu təklifləri qulaqardınavurmaqla işi bitmiş hesab edirlər. Amma anlamırlar ki, Azərbaycan qalib ölkədir. Qaliblər isə mühakimə olunmur. Buna görə də artıq Kreml də göz yumacaq, KTMT də. Çünki KTMT-nin köməyindən İrəvan özü imtina etdi. Özü özünün qəbrinin ağzını açdı. Hər şey çox tez baş verəcək. İrəvan özünə gələnə qədər Azərbaycan Ordusu bütün qoyulan tapşırıqları yerinə yetirəcək”, – deyə o qeyd edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki