image-defaultbackend

TikTok ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir

image-reklam_sirab_01

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns bildirib ki, Çin tətbiqi TikTok-un ABŞ-da populyarlığı Vaşinqtonu narahat edir. Vətəninfo.az xəbər verir ki, o, bu barədə PBS telekanalına müsahibəsində danışıb.

Burns TikTok-u ABŞ-ın milli təhlükəsizliyinə təhdid adlandırıb və proqramın “hökumət üçün əsl narahatlığa səbəb” olduğunu vurğulayıb.

MKİ rəhbəri əlavə edib ki, o, TikTok Çin şirkətinə məxsus olduğu üçün onun təhlükələri ilə bağlı rəsmilərin narahatlığını bölüşür. Müvafiq olaraq, ÇXR hökumətinin ABŞ istifadəçilərinin məlumatlarına girişdə israr etmək hüququ var. Çin hakimiyyəti məlumatlara daxil olmaqla yanaşı, sosial şəbəkədəki məzmuna da nəzarət edə bilir.

Bers, TikTok istifadəçilərinə məsləhət istəməsinə cavab olaraq, “Mən çox diqqətli olardım” dedi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image