image-tikibackend

Tiktokda şəhidlərlə bağlı nalayiq ifadələr işlədən qadın saxlanıldı

image-reklam_sirab_01

TikTok sosial şəbəkəsində canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlədən qadının kimliyi müəyyənləşib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov  bildirib ki, keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub.

Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və bildirilib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günüdür və həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz üçün edilmiş qəhrəmanlıqdır.

G. İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu və bütün şəhid ailələrindən və Azərbaycan Xalqından üzr istədiyini bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki