image-bez-nazvaniyabackend

Tofiq Zülfüqarov: “Ermənistan müharibəyə hazırlaşır”

image-reklam_sirab_01

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ilk növbədə bəyan olunan prinsiplər icra edilməlidir”. Alp.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, söhbət qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması, bir-birinin suverenliyinə hörmət olunması və daxili işlərə qarşımamaq prinsipinə əməl edilməsindən gedir.

Eks-nazir sülh müqaviləsinin bu il ərzində imzalanacağını gözləmədiyini vurğulayıb: “Açığı gələn ilə kimi sülh müqaviləsinin imzalanacağına şübhə ilə yanaşıram. Ermənistanın dövlət büdcəsindən qondarma qurumun maliyyələşdirilməsi üçün 370 milyon dollar ayrılıb. Bu da Azərbaycanın ərazi bütövlüyünə Ermənistanın hörmətsiz siyasət yürütdüyünü göstərir. Eyni zamanda, deyə bilərik ki, Ermənistanın bu addımı işğalçılıq siyasətinin davamıdır. Belə olan halda sülh müqaviləsinin imzalanması mənasız olacaq. Sadaladığım məsələlər öz həllini tapacağı halda sülh müqaviləsi imzalana bilər”.

Sabiq XİN başçısı hesab edir ki, sülh müqaviləsinin hansı şəhərdə imzalanması o qədər də önəm daşımır: “Müqavilənin Tbilisi, yaxud, başqa şəhərdə imzalanması ikinci dərəcəli məsələdir”.

Tofiq Zülfüqarov hesab edir ki, Ermənistan faktiki olaraq müdafiə büdcəsini artırmaqla və Qarabağdakı separatçılara 370 milyon dollar yardım ayırmaqla müharibəyə hazırlaşdığını göstərir: “Azərbaycan təbii ki, bunu yaxşı bilir. O, qədər sadəlövh deyilik ki, bəyanatlara inanaq. Ermənilər deyirlər ki, guya vasitəçilər olmasa, belə edəcəyik, elə edəcəyik. Mən buna inanmıram. Ermənilər dövlət büdcəsini vasitəçilərin yanında qəbul etməyib ki? Onlar bu büdcə ilə açıq şəkildə ərazi iddialarını davam etdirəcəklərini bildirirlər. Bu məsələyə ikinci şərh mümkün deyil. Başa düşmək lazımdır ki, Fransa və digər güclər bu münaqişəni uzatmağa və bununla regionu idarə etməyə çalışırlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki