ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlar fonunda ABŞ-ın sursat çatışmazlığı yaşadığı barədə yayılan məlumatları təkzib edib.
Vətəninfo.az xəbər verir ki, o, “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə bildirib ki, “Bizim dünyanın istənilən ölkəsindən daha çox və əslində ehtiyac duyduğumuzdan daha çox sursatımız var”.
Qəzetin məlumatına görə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Ağ Evi hava hücumundan müdafiə raket ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması barədə məlumatlandırıb.


























