image-image_750x_6392d2a262543backend

Tramp : “Bu ABŞ üçün utancdır”

image-reklam_sirab_01

ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiya Federasiyasında narkotik qaçaqmalçılığında təqsirli bilinən basketbolçu Britni Qrinerin ABŞ-da həbs cəzasını çəkən rusiyalı Viktor Butla dəyişdirilməsini ölkəsi üçün utanc hesab edib.

Vətəninfo.az xəbər verir ki, Tramp bildirib ki, ABŞ-da But-a qarşı irəli sürülən ittihamların ciddiliyi və ölkəyə açıq şəkildə nifrət edən Qrinerin antiamerikan mövqeyi nəzərə alınmaqla, mübadilə sövdələşməsi adekvat deyil.

Tramp casusluqda təqsirli bilinən amerikalı Paul Whelanın niyə mübadilə müqaviləsinə daxil edilməməsi faktını şübhə altına alıb.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton rusiyalı Viktor Butun amerikalı basketbolçu Britni Qrinerlə mübadiləsini “Amerika kapitulyasiyası” adlandırmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki